Cümə axşamı , Aprel 30 2026
azfa

Molla rejimi Təbrizdə həbs etdiyi azərbaycvanlı milli fəala məhdudiyyətlər tətbiq edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə həbsdə saxladığı azərbaycanlı milli fəal Salar Tahir Əfşara qarşı məhdudiyyətlər tətbiq edib.

Azərbaycanlı fəalın bacısı Sevda Tahir Əfşar İnstaqram səhifəsində bununla bağlı yazıb ki, Salar Tahir Əfşar aclıq aksiyasına başlayandan sonra onun ailəsi ilə görüşü və telefon danışığına qadağa qoyulub.

Salar Tahir Əfşar Tehranın Evin zindanında həbsdə saxlanılan və aclq aksiyası keçirən fəalara dəstək verdiyinə görə təzyiqlərlə qarşılaşıb, aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, təxminən 5 aydır Evin həbsxanasında saxlanılan 4 azərbaycanlı mili fəal, qeyri-müəyyən şərayitdə həbsdə saxlanılmalarına, ETTELAAT Nazirliyinin əməkdaşları və məhkəmənin qanunsuz əməllərinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirirlər.

Onlara dəstək məqsədilə Təbriz zindanında saxlanılan Kərim İsmayılzadə, Salar tahir Əfşar və Milad Cəlili də aclıq aksiyasına başlayıblar.

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …