Şənbə , Avqust 22 2026
azfa

ABŞ nüvə proqramı ilə bağlı İrana qarşı yeni sanksiyalar tətbiq edib

GADTB: ABŞ İran neftinin daşınmasına görə 3 şirkət və 11 gəmiyə qarşı sanksiya tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat dərc edilib.

Məlumata görə, ABŞ bu gün İran neftinin və ya neft-kimya məhsullarının daşınmasında iştirak edən Birləşmiş Ərəb Əmirliklərinin üç gəmi şirkətinə, eləcə də onlarla əlaqəli 11 gəmiyə qarşı sanksiyalar tətbiq edib.

ABŞ dövlət katibi Antoni Blinken sanksiyaların İranın “davam edən nüvə eskalasiyasına” cavab olaraq hazırlandığını bildirib.

“İranın davam edən nüvə eskalasiyasına və AEBA ilə əməkdaşlıq etməməsinə cavab olaraq biz İranın neft və neft-kimya ticarəti ilə məşğul olan qurumlara sanksiyalar tətbiq edirik. Biz İranın nüvə silahı yaratmasının qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə sadiqik”, – Bilinken qeyd edib.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …