Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal tibb məntəqəsinə köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Tehranın Evin həbsanasında həbsdə saxladığı azərbaycanlı milli fəal Hüseyn Pirinin sağlıq durumu ağırlaşıb və o tibb məntəqəsinə köçürülüb.

İyunun 29-da aclıq aksiyası keçirən azərbaycanlı milli fəalın təzyiqinin kəskin düşdüyü və huşunu itirdikdən sonra zindanın tibb məntəqəsinə köçürüldüyü bildirilib.

Hüseyn Piri iyunun 13-dən qeyri-müəyyən şərayitdə həbsdə saxlanılmasına, ETTELAAT İdarəsinin məmueları və məhkəmənin qanunsuz əməllərinə etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb

Qeyd edək ki, azərbaycanlı fəal Hüseyn Piri fevralın 6-da başqa bir neçə azərbaycanlı fəalla birgə həbs edilərək Evin zindanına köçürülmüşdür.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …