Şənbə , Sentyabr 19 2026
azfa

İrqçi fars-molla rejimi Ərdəbildə onlarla tarixi abidəni dağıtdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ögey münasibəti nəticəsində Ərdəbil şəhərində Səfəvi və Qacarlar dövrünə aid olan memarlıq nümunələri və tarixi abidələr dağılmaq üzrədir.

Artıq Azərbaycanın bu bölgəsində Vəkil evi, tarixi İsmayıl bəy evi, Vahabzadə evi, Mənsuri evi, bir neçə tarixi hamam və başqa memarlıq nümunələrinin 80% dağılıb.

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Ərdəbil əyalətində onlarla tarixi abidə molla rejimin ögey münasibəti və baxımsızlıq üzündən dağılmaq üzrədir. Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə ayrılmadığını deyirlər.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …