Cümə , İyul 31 2026
azfa

Türkiyə Xarici İşlər Nazirliyi Merih Dəmiralla bağlı bəyanat yaydı

GADTB: İyulun 2-də futbol üzrə Avropa çempionatı çərçivəsində millimizlə Avstriya yığması arasında keçirilən oyundan sonra UEFA-nın futbolçumuz Merih Dəmirala qarşı intizam araşdırması açması qəbuledilməzdir.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

“Almaniya Federal Konstitusiyanı Mühafizə Təşkilatının 2023-cü ilin sentyabrında dərc etdiyi hesabatda Bozqurd işarəsi göstərən hər kəsin ifrat millətçi kimi qiymətləndirilmədiyinin vurğulandığı və Bozqurd işarəsinin Almaniyada qadağan edilmiş bir simvol olmadığı halda, Almaniya səlahiyyətliləri tərəfindən Dəmirala göstərilən reaksiyalar birbaşa ksenofobiya kimi qiymətləndirilir”, – deyə bəyanatda qeyd edilib.

Türkiyə XİN idman müsabiqələrində sevinc nümayişi zamanı tarixi və mədəni simvolun heç kimi hədəf almayacaq şəkildə istifadəsinə siyasi məqsədlərlə verilən reaksiyaları qınadığını bəyan edib.

Həmçinin yoxlayın

ABŞ İranla bağlı qurumlara sanksiya tətbiq edib

GADTB: ABŞ Xəzinədarlıq Departamenti İranla əlaqəli qurumlara qarşı yeni sanksiyaları təsdiq edib. Bu barədə ABŞ …

Qərbi Azərbaycanda kürd terrorizminin tarixi saxtalaşdırma iddiaları və vilayət rəsmilərinin susqunluğu

GADTB: Qərbi Azərbaycan vilayətində terrorizmi dəstəkləyən qruplar Urmiyanın Bozlusinə turizm bölgəsində yeni lövhə quraşdıraraq ərazinin …