Cümə , İyul 31 2026
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı fəalları məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi 6-cı aydır Tehranın Evin zindanında həbsdə saxladığı milli fəallar Ayaz Seyfxah və Hüseyn Pirini məhkəməyə çağırdı.

Azərbaycanlı fəallara göndərilən çağırış vərəqəsində onlardan iyulun 8-də rejimin İnqilab Məhkəməsinin 15-ci şöbəsində olmaları istənilib.

Çağırış vərəqəsində onların məhkəməyə çağırılması barərələrndə açılan cinayət işinin araşddırılması ilə bağlı olduğu bildirilib.

Qeyd edək ki, adı çəkilən fəallar və başqa bir neçə fəal fevral ayının 5,6 və 7-də Xiyav, Ərdəbil, Rəşt, Urmiya, Təbriz, Tehran, Kərəc və Astara şəhərlərində həbs ediliblər. Molla rejimin ETTELAAT məmurları onların bəzilərinin evinə hücum edib, axtarış aparıb və onlara məxsus bir sıra əşyaları müsadirə edib.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının ilk peyki bu tarixdə buraxılacaq

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) ilk birgə peyki olan OTS-SAT-ın 2027-ci ildə buraxılması planlaşdırılıb. Bu …

ABŞ İranla bağlı qurumlara sanksiya tətbiq etdi

GADTB: ABŞ Xəzinədarlığı İranla əlaqəli qurumlara qarşı yeni sanksiyaları təsdiq edib. Xarici Aktivlərə Nəzarət İdarəsi …