Şənbə , Oktyabr 17 2026
azfa

Ceyhun Bayramov ABŞ-də Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, NATO-nun Vaşinqtonda keçirilən Sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina arasında görüş keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirinin “X” hesabında paylaşım edilib.

“Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən enerji təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, hərbi təhsil və təlim, humanitar minatəmizləmə məsələləri müzakirə edilib. Azərbaycan-Ermənistan sülh prosesi, regional və beynəlxalq təhlükəsizlik vəziyyəti və çağırışlar da gündəmdə olub”,-məlumatda qeyd edilib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …