Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycanlı tərcüməçinin həbs qətimkan tədbirinin müddəti uzadıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi “Mossad”a casusluqda günahlandırdığı azərbaycanlı sosial media fəalı, tərcüməçi və redaktor Hüseyn Şənbəzadənin həbs qərarı uzadıb.

Bununla bağlı media fəalının qardaşı Abbas Şənbəzadə “X” hesabında paylaşım edərək onun həbs müddətinin uzadıldığını bildirib və yazıb ki, Hüseyn Şənbəzadə anası ilə görüşüb. Ona ayda iki dəfə görüş üçün icazə verilib.

Abbas Şənbəzadə 10 gün öncə qardaşının təkadamlıq kameradan həbsxananın ümumi bölməsinə köçürüldüyünü açıqlayıb.

Qeyd edək ki, Hüseyn Şənbəzadə ötən ay Ərdəbilə səfəri zamanı həbs edilib. Ona qarşı “Mossada casusluq etmək”, “müqəddəsləri təhqir etmək” ittihamları irəli sürülüb.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …