Cümə axşamı , Sentyabr 24 2026
azfa

Molla rejimi azərbaycanlı fəalı yaxalayaraq sorğu-suala çəkdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəalı yaxalayaraq sorğu-suala çəkdi.

Güney Azərbaycan Milli Hərəkatının fəallarından Səccad Sədiqi dünən Təbrizdə molla rejimin ETTELAAT İdarəsinin məmurları tərəfindən zorla həbs edilərək bir neçə saat sorğu-suala çəkilib.

Bir neçə mülki məmur Səccad Sədiqini iş yerinə gedərkən tutaraq ETTELAAT İdarəsinə aparıblar. Azərbaycanlı fəal dörd saat dindirildikdən sonra nəhayət sərbəst buraxılıb.

Bildirilib ki, Səccad Sədiqi təhlükəsizlik idarəsindən edilən zənglərə cavab vermədiyi üçün təhdid edilib.

Qeyd edək ki, milli fəal 2022-ci ildə kütləvi etirazlar zamanı qətlə yetirilən təbrizli gənc qız Aylar Həqqinin 40 mərasimində həbs edilib və “İran hökumətinə qarşı qrup və təşkilatların xeyrinə təbliğat aparmaq”da günahlandırılıb.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …