Abbas Lisani: “Saxta rəy verilsə aclıq aksiyasına başlayacağam”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə rejimin zindanın 7-ci bölməsində saxlanılan azərbaycanlı siyasi məhbus Abbas Lisani bildirib ki, müalicəsi ilə bağlı tibbi məzuniyyətə buraxılması barədə təhlükəsizlik orqanları Tibbi Komissiyayanın rəyinə təsir edərsəvəmüalicəüçün lazımi müddət üçün məzuniyyət verlməzsə aclıq aksiyasına başlayacaq.

Abbas Lisni bildirib ki, bir neçə xəstəlikdən əziyyət çəkməsinə və yenidən müalicə olunmasına ehtiyac olmasına baxmayaraq, təhlükəsizlik orqanları bunun qarşısını almağa çalışır

Qeyd edək ki, bel diski ağrıları çoxaldığı üçün Abbas Lisani yanvarın 2-i axşam saatlarında Ərdəbilin “İmam Əli” xəstəxanasına aparılmışdı.

Abbas Lisanini müayinə edən həkimlər onun sağlıq durumunun ağır olduğu və yenidən əməliyyata ehtiyac olduğunu bildirmişdilər

Həkimlər bildirmişdilər ki, cərrahiyyə əməliyyatı gecikdirilsə zədələr bədxassəli şişin meydana gəlməsinə səbəb ola bilər. Ona görə də, həkimlər Ərdəbil zindanının rəhbərliyinə məktub yazaraq Abbas Ləsaninin əməliyyat olunmasının zəruriliyini vurğulayıblar.

Azərbaycanlı siyasi məhbus Abbas Lisani keçən il əməliyyat olunduqdan sonra həkimlərin tibbi məzuniyyətinin müddətinin uzadılması barədə arayışlarına baxmayaraq, ETTELAAT-ın təzyiqi və rejimin Ərdəbildəki prokuroru Abdullah Təbatəbayinin göstərişi ilə onun məzuniyyət qərarı ləğv edilərək avqustun 27-i günorta saatlarında zindana salınmışdı.

Həmçinin yoxlayın

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato Güney Azərbaycanla bağlı hesabat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May …

Molla rejimin qüvvələri azərbaycanlı xanım fəalın evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları bu gün səhər saatlarında Təbrizdə …