Bazar ertəsi , İyun 15 2026
azfa

Abbas Lisaniyə azadlıq tələbilə imzatoplama kampaniyasına başlanıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “United for İran” insan hüquqları təşkilatı azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin azadlığa buraxılması tələbilə imzatoplama kampaniyasına başlayıb.

Kampaniya mətnində deyilir: “Bu məktubu imzalayanlar Abbas Lisani və öz milli hüquqları uğrunda siyasi və mədəni mübarizə aparan digər fəalların azadlığa çıxmasını tələb edir. Çox sayda belə fəallar sivil şəkildə bərabərsiliyə və zülmə etiraz etdikləri üçün yaxalanaraq həbsə və sürgünə məruz qalıblar. Abbas Lisani uzun illərdir ki, bu cəmiyyətin hüquqları uğrunda mübarizənin öncüllərindəndir və bir ildən artıqdır Ərdəbil zindanında həbsdə saxlanılır”.

İmza kampaniyasını təşkil edənlər hər kəsi imza toplama kampaniyasında iştirak edərək Abbas Lisani və digər siyasi məhbusların səsi olmağa çağırıb.

İmzatoplama kampaniyasına aşağıdakı linkdən daxil olub imzalamaq mümkündür:

https://www.change.org/p/judicial-authorities-for-the-islamic-republic-of-iran-release-abbas-lesani-all-political-civil-activists-working-for-ethnic-rights-in-iran-71b43095-774a-4c47-85b0-2947614fd46d?utm_source=share_petition&utm_medium=custom_url&recruited_by_id=d8cb8740-8108-11ea-b83f-cf5160971a21

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …

Bir cavab yazın