ABŞ artıq hərbi texnikanın Suriyadan çıxarılmasına başladı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ qoşunlarının Suriyadan çıxarılmasına dair plana uyğun olaraq hərbi texnikanın bu ölkədən çıxarılmasına başlanıb.

KİV-lər artıq neçə gündür ki, “yerüstü hərbi texnikanın” ilk partiyasının Suriyadan çıxarılması barədə materiallar dərc edir. İlkin olaraq Suriyanın şimal hissəsindəki qüvvələrin çıxarılacağı bildirilir.

Hərbi qüvvələrin çıxarılması ilə bağlı əməliyyatın həyata keçirlməsi isə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığına həvalə olunub. Çıxarılan hərbi texnika arasında yerüstü hərbi texnika ilə yanaşı, hərbi gəmi, təyyarə və vertolyotların da yer alacağı qeyd olunur.

Qeyd edək ki, ötən ilin dekabrında ABŞ Prezidenti Donald Tramp Pentaqona Suriyadan təxminən amerikalı hərbçilərin çıxarılması ilə bağlı hazırlıq işlərinə başlamağı əmr edib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və sayın Tofiq Zülfüqarov “Media Türk TV”-də çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Türk Dövlətləri Təşkilatı İranın Naxçıvana hücumunu pislədi

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömürəliyev İranın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi …

Bir cavab yazın