Cümə , İyul 31 2026
azfa

ABŞ-da 24-cü Türk Mədəniyyət və İncəsənət Festivalı başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 24-cü Türk Mədəniyyət və İncəsənət Festivalı ABŞ-ın Massaçussets  ştatına  bağlı Boston şəhərində keçirilir.

Festivalın   açılış   mərasiminə  Boston Bələdiyyəsi, Qubernatorluq nümayəndələri və çox sayda dəvətli  qatılıb.

2000-ci ildən Bostonda və 2001-ci ildən Massaçussetsdə keçirilən 24-cü Boston Türk Mədəniyyət və İncəsənət Festivalı açıq  elan  edən    Qurucu direktor və  New England Türk Amerikan Mədəniyyət Dərnəyinin prezidenti Ərkut Gömülü çıxışında tədbirə ənənəvi bayraq mərasimi ilə  start  vermənin  xoşbəxtliyini   yaşadığına   diqqət  çəkib.

Türkiyənin Boston baş konsulu Ceylan Ərişən  başda  olmaqla  Boston Qubernatorluğu, Bələdiyyə  sədri və Boston Məclisinin  nümayəndələri  Festivalın  açılış  mərasimindəki  çıxışları  zamanı  ABŞ Türk cəmiyyəti üzvlərinin Respublika Bayramını  təbrik  ediblər.  

Boston Bələdiyyəsində  keçirilən  festivalda   Türk musiqisi və Türk mətbəxinin təqdimatı  olub.  15 dekabra  qədər  davam  edəcək  olan  Festival  çərçivəsində türk mətbəxini tanıtmaq üçün sərgilər, film nümayişləri, konsertlər və müxtəlif proqramlar təşkil  ediləcək.

Həmçinin yoxlayın

Təbriz İnqilab Məhkəməsi “Traxtur” tərəfdarı Tohid Xadimini 10 ildən çox həbs cəzasına məhkum edib

GADTB: Azərbaycanın “Traxtur” futbol komandasının Qoşaçaylı tərəfdarı Tohid Xadimi Təbriz İnqilab Məhkəməsinin qərarı ilə 10 …

Müvəqqəti həbs müddəti başa çatsa da, üç azərbaycanlı fəalın qanunsuz saxlanılması davam edir

GADTB: Müvəqqəti həbs qətimkan tədbirinin bir aylıq müddəti başa çatmasına baxmayaraq, azərbaycanlı fəallar Siyamək Mirzayi, …

Bir cavab yazın