Cümə axşamı , Sentyabr 24 2026
azfa

ABŞ-da azərbaycanlı alimin korona tədqiqatını yüksək qiymətləndirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniyanın Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayevin COVID-19-la bağlı apardığı növbəti elmi tədqiqat dünyanın ən nüfuzlu radioloji elmi cəmiyyəti olan Amerika Radiologiya Cəmiyyəti tərəfindən yüksək qiymətləndirilib.

Axar.az xəbər verir ki, tədqiqat noyabr ayından videoformatda keçiriləcək dünyanın ən böyük və nüfuzlu radioloji konqresi üçün elmi məruzə kimi qəbul edilib.

Bu, tarixdə ilk dəfə olaraq, qeyd olunan təşkilatın azərbaycanlı alimdən qəbul etdiyi ilk elmi tədqiqatdır. Bundan əlavə, Köln Universiteti Klinikasının Radiologiya İnstitutunun COVID-19-la əlaqədar orada təqdim edəcəyi ilk elmi layihədir.

Elmi tədqiqatda xəstələrdə öncədən aortada və ürəyin tac damarlarında yaranan kirəcləşmənin xəstəliyin proqnozundakı rolu sübut edilib. Bundan başqa xüsusi metodla ölçülən damarların kirəcləşməsinin səviyyəsinin xəstəliyin kliniki gedişinə birbaşa təsiri elmi şəkildə təsdiqlənib.

Qeyd edək ki, Nuran Abdullayev virusun öyrənilməsi, xəstəliyin müxtəlif xəstələrdə öncədən söylənilə biləcək proqnozu və kliniki gedişi barədə bir neçə elmi tədqiqat işini tamamlayıb. Aparılan tədqiqatların nəticələri ictimaiyyətə müvafiq elmi jurnallarda dərc edildikdən sonra tam açıqlanacaq. Azərbaycanlı alimin işçi qrupu ilə birlikdə “COVID-19 diaqnostikasında Süni intellektin rolu” mövzusunda hazırladığı layihə Almaniyanın müvafiq elmi distansiyalarında yüksək qiymətləndirilib.

Xatırladaq ki, tibb elmləri doktoru Nuran Abdullayev COVID-19 virusu ilə bağlı dünya elminə mühüm elmi tədqiqatlar və tutarlı elmi nəticələr təqdim edən ilk azərbaycanlı alimdir.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Bir cavab yazın