Cümə axşamı , Oktyabr 29 2026
azfa

ABŞ-dan Türkiyəyə maraqlı patriot təklifi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemlərini almaqdan imtina etdirməyə çalışan ABŞ rəhbərliyinin Ankaraya sürpriz bir təklif təqdim etdiyi ortaya çıxıb.

Axar.az xəbər verir ki, ABŞ rəhbərliyi “Patriot” hava hücumundan müdafiə sistemi ilə bağlı ortaq istehsal və ortaq inkişaf üsullarını özündə ehtiva edən bir “niyyət memorandum”unu Ankaraya təqdim edib.

ABŞ Dövlət Departamentinin hərbi və siyasi əlaqələrdən məsul olan nümayəndəsi Tina Kaydanov “Patriot” sistemlərinin Türkiyəyə satışına dair yeni qiymət də təklif edib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Dövlət Departamentinin hərbi və siyasi əlaqələrdən məsul olan nümayəndəsi Tina Kaydanov Türkiyədə səfərdə idi. Səfər çərçivəsində Kaydanov Ankarada Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Müşavirliyində görüşlər keçirmişdi. Kaydanovun Ankaraya “Patriot” sistemlərinin satılması təklifini gətirdiyi açıqlanmışdı.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …

Bir cavab yazın