Bazar , Sentyabr 6 2026
azfa

ABŞ Hərbi Dəniz Qüvvələri İran neftinin 380 milyon dollarlıq yükünü ələ keçirib

GADTB: Beynəlxalq tanker izləmə şirkəti Tanker Trackers peyk görüntülərinə əsaslanaraq ABŞ Hərbi Dəniz Qüvvələrinin Hind okeanında İrana məxsus təxminən 380 milyon dollar dəyərində neft yükünü ələ keçirdiyini bildirib.

Şirkət hadisənin dəqiq vaxtı və tanker(lər)in son təyinat məntəqəsi barədə əlavə məlumat verməsə də, bu xam neftin ABŞ istiqamətinə yönləndirilə biləcəyini ehtimal edir.

Hesabatda həmçinin qeyd olunur ki, ABŞ qüvvələri dəniz mühasirəsi başlayandan bəri İrana məxsus 1 milyard dollardan artıq dəyərdə neft yüklərinin daşınmasına mane olub. Bu çərçivədə həmin yüklərin Hörmüz boğazı vasitəsilə daşınmasına icazə verilməyib və onlar geri qaytarılıb.

Məlumata görə, bu dəniz əməliyyatları ABŞ prezidenti Donald Trumpın göstərişi ilə həyata keçirilir və məqsəd İranın regiondakı fəaliyyətlərinə qarşı təzyiq göstərməkdir.

Tramp bildirib ki, bu tədbirlər İran iqtisadiyyatına gündəlik milyonlarla dollar zərər vurur və yekun razılaşma əldə olunana, həmçinin Hörmüz boğazı üzərindən nəqliyyatın tam bərpasına qədər davam edəcək.

Həmçinin yoxlayın

CENTCOM sözçüsü: Hörmüz boğazından 1 600 ticarət gəmisinin və 800 milyon barrel neftin keçməsinə kömək etmişik

GADTB: “New York Times” yazıb ki, müharibənin başlamasından altı aydan çox vaxt keçməsinə baxmayaraq, İranın …

Müctəba Xameneinin Londonda iki lüks mənzili satışa çıxarılıb

GADTB: Londonun “Sunday Times” qəzeti yazıb ki, Londonun Kensinqton sarayına baxan və Müctəba Xameneinin iki …