Cümə axşamı , Fevral 12 2026
azfa

ABŞ-ın irqçi fars rejimə qarşı planları barədə yeni açıqlama

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahan jurnalistlərə açıqlamasında deyib ki, ABŞ İranla savaşmağa hazırlaşmır.

O, ABŞ-ın Yaxın Şərqdə öz maraqlarını qoruyacağını deyib:

“Söhbət müharibədən getmir. Biz savaşmağa hazırlaşmırıq. Söhbət bizim Yaxın Şərqdəki maraqlarımızın müdafiəsindən gedir”.

Qeyd edək ki, bir müddət əvvəl Şanahanın İranın nüvə silahı hazırlanması prosesini sürətləndirəcəyi və ya ABŞ obyektlərinə hücum edəcəyi ehtimalına qarşı Yaxın Şərqə 120 minə qədər hərbçinin göndərilməsini özündə ehtiva edən hərbi plan təqdim etdiyi haqda xəbər yayılmışdı.

Həmçinin yoxlayın

Molla rejimi ərdəbilli idmançı və fəal Mehdi Mehdizadəni həbs edib

Gadtb: Ərdəbildən olan azərbaycanlı idmançı və fəal Mehdi Mehdizadə yanvar etirazları zamanı həbs edilib. Mehdi …

Tarumda bir qrup azərbaycanlı şəxslər saxlanılıb

GADTB: Zəncan vilayətinin Tarum rayonundan olan təqaüddəki müəllimlər Cavad Səfəri və Fatimə Səfəri 4 bəhmən …

Bir cavab yazın