ABŞ İran adlanan ölkə ilə nüvə sazişindən çıxmasına reaksiyalar və ABŞ-ın tələbləri

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ İran adlanan ölkə ilə nüvə sazişindən çıxmasına reaksiyalar davam edir. Fransa, Almaniya və Britaniya ABŞ-ın İranla nüvə sazişindən çıxması haqqında birgə bəyanat yayıb. Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın baş naziri Tereza Meyin imzasını daşıyan bəyanatda tərəflər ABŞ-ın bu qərarını kədər və narahatlıq ilə qarşıladıqlarını bildiriblər.

H.Ruhani isə iddia edib ki, ABŞ sözünü tutmadı. Ruhani deyib:  “ABŞ-ın hansı səbəbdən sazişdən çıxdığını anlamaq olduqca çətindir. Bu razılaşmaya digər 5 ölkə ilə davam edəcəyik. ABŞ hansı sübutlarının olduğunu göstərməlidir. Ölkəmiz razılaşmanın bütün müddəalarına əməl edib. Bu, sadəcə, İranla ABŞ arasındakı razılaşma deyildi. BMT TŞ tərəfindən təsdiqlənmiş müqavilə idi”.

Ağ Ev isə İrana qarşı tələblərinin siyahısını dərc edib. bəyanatda deyilir:

“Prezident Tramp aydın şəkildə bəyan edib ki, İran heç vaxt nüvə silahının istehsalı ilə məşğul olmamalıdır. İran rejimi həmçinin heç vaxt qitələrarası ballistik və nüvə başlığı daşıya biləcək raketlər istehsal etməməli, raket texnologiyalarının digər ölkələrə ötürülməsini dayandırmalıdır”.

“İran “Hizbullah”, HƏMAS, “Taliban”, “Əl Qaidə” kimi terrorçu, ekstremist qruplaşmalarını dəstəkləməyə, İsraili məhv edəcəyi kimi bəyanatlar verməyə son qoymalıdır, Fars körfəzi  və Qırmızı dənizdə naviqasiyanın dayandıracağına dair hədə-qorxu gəlməməli, Yəməndəki münaqişəni qızışdırmamalı, üsyançı husilələ silah-sursat ötürülməməlidir”, – deyə Ağ Evin bəyanatında qeyd olunub.

“İran ABŞ-a və İsrail də daxil olmaqla, onun müttəfiqlərinə qarşı kiber hücumlara son qoymalı, insan haqlarının kobud şəkildə pozulması hallarına bir daha yol verməməli, ABŞ vətəndaşları  daxil olmaqla əcnəbilərin qanunsuz həbsdə saxlanılmasına son qoymalıdır”, – deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl  ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxdığını və İrana qarşı sanksiyaların bərpa olunacağını bəyan edib.

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” – Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. Tramp razılaşmanın pozulmasını istisna etməmişdi.

Həmçinin yoxlayın

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Molla rejimi Təbrizli gənc qızı ETTELAAT-a çağırdıqdan sonra o intiha edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir sıra insan haqları mənbələri keçmiş siyasi məhbus …

Bir cavab yazın