Şənbə , Noyabr 14 2026
azfa

ABŞ İran neftini daşıyan tankerləri ələ keçirməyi düşünür

GADTB: ABŞ hökuməti İranın neftini daşıyan tankerləri müsadirə etməyi nəzərdən keçirir, ancaq bunun mümkün nəticələrindən ehtiyat edir. Bununla bağlı, “The Wall Street Journal” nəşri mənbələrə istinadən xəbər verir.

Məlumata görə, bu variant Ağ Ev tərəfindən İranı nüvə proqramını məhdudlaşdıran yeni saziş imzalamağa məcbur etmək üçün müzakirə olunan bir neçə seçimdən biridir. Ancaq bu addım ciddi müqavimətlə üzləşir və müəyyən risklər daşıyır.

Rəsmilər hesab edirlər ki, tankerlərin ələ keçirilməsi Tehrandan qisas tədbirlərinə səbəb ola bilər. İran ABŞ-ın bölgədəki müttəfiqlərinə məxsus neft tankerlərinə qarşı əməliyyatlar apara və ya strateji əhəmiyyətə malik Hörmüz boğazında neft nəqli üçün vacib enerji şəbəkəsinə müdaxilə edə bilər.

Bu boğazdan dünya neft tədarükünün təxminən 25%-i keçir və bu bölgədə hər hansı gərginlik qlobal neft qiymətlərində kəskin artıma səbəb ola bilər. /Azad İran

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …