Cümə axşamı , Sentyabr 17 2026
azfa

Təbrizdə Peyman Kərimpurun saxlanılması üçün molla rejimin qüvvələri onun evinə basqın edib

GADTB: Dünən, bazar ertəsi 20 bəhmən tarixində təhlükəsizlik qüvvələri Təbriz şəhərində milli fəal Peyman Kərim Purun evinə basqın edərək onu saxlamaya cəhd ediblər.

Qeyd edək ki, Təbriz şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 15-ci istintaq şöbəsi tərəfindən milli azərbaycanlı fəal Peyman Kərim Pura məhkəmə orqanına gəlməsi ilə bağlı elektron bildiriş göndərilmişdi.

6 dey 1404-cü il tarixli həmin bildirişdə çağırışın səbəbi “məhkəmə orqanlarının təqdim etdiyi hesabatla bağlı irəli sürülən ittihama dair özünü müdafiə etməsi” kimi göstərilib. Bildirişdə qeyd olunur ki, adıçəkilən şəxs bildirişin sistemdə yerləşdirilməsindən sonra 5 gün ərzində müvafiq şöbədə iştirak etməlidir. Əks halda, qanuna uyğun olaraq onun barəsində qərar qəbul ediləcək və məhkəməyə gəlməməsi həbs qərarının çıxarılmasına səbəb ola bilər.                  

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …