Bazar , Noyabr 29 2026
azfa

‏ İslamşəhrdə birbaşa atəşlə azərbaycanlı tibb bacısı Şəqayiq Kamali öldürülüb

GADTB: 27 yaşlı azərbaycanlı tibb bacısı və İslamşəhrin Vavan qəsəbəsi sakini Şəqayiq Kamali 1404-cü il 18 dey tarixində İran İslam Respublikasının repressiv qüvvələrinin birbaşa hərbi güllə atəşi nəticəsində həyatını itirib.

Məlumata görə, onun xatirəsinə hazırlanan elan və bildirişlərin şəhərin divarlarında bir gün belə qalmasına icazə verilməyib və dərhal yığışdırılıb. Bu addımın, etirazlar zamanı həyatını itirənlərin xatirəsinin silinməsi və adlarının unudulması istiqamətində məqsədli cəhd olduğu bildirilir.

Həqiqəti bilmək, yas saxlamaq və qurbanların xatirəsini yaşatmaq ailələrin və cəmiyyətin əsas hüquqları hesab olunur. Məlumatlandırmanın qarşısının alınması isə həqiqətin qeydə alınması və ədalət axtarışı prosesinə ciddi maneə yarada bilər.

Həmçinin yoxlayın

İran ABŞ qüvvələrinə qarşı hücumları dəstəkləmək üçün Starlink-dən istifadə edib

GADTB: “The Washington Post” qəzeti bir hesabatında yazıb ki, İran İslam Respublikası fevralın 28-də ABŞ …

Azərbaycanın Kürdüstan vilayətinə birləşdirilmiş bölgələrində tarixi türk adlarının dəyişdirilməsi və saxtalaşdırılması cəhdlərinə etiraz

GADTB: İrqçi fars-molla rejiminin yaşıl işığı ilə bölgəyə köçmüş kürdlər tərəfindən həmin rejimin Kürdüstan vilayətinə …