Cümə axşamı , Sentyabr 17 2026
azfa

ABŞ İrana qarşı qırıcılar və təyyarə daşıyan gəmi göndərir

GADTB: Britaniyanın “Sun” qəzeti xəbər verir ki, ABŞ İranda etirazçılara qarşı basqın baş verəcəyi təqdirdə müdaxilə etmək məqsədi ilə bir sıra qırıcıları Avropaya köçürüb. Məqalədə Donald Trampın İrana verdiyi son xəbərdarlıq əsas götürülüb.

Məlumata görə, 160-cı Xüsusi Əməliyyatlar Aviasiya Alayının “C-17 Globemaster” və iki “AC-130” qırıcısı Britaniyadakı “RAF Fairford” hava limanına eniş edib.

Bildirilir ki, 160-cı Alay adətən yüksək dəyərli hədəflərə qarşı yüksək riskli və sürətli cavab missiyaları həyata keçirir. Qəzetin yazdığına əsasən, bu hərbi hazırlıqlar İranın etirazlarla üzləşən ali rəhbər Əli Xameneiyə qarşı mümkün addımlarla əlaqələndirilir.

“Forbes” jurnalı isə yazır ki, ABŞ İrana qarşı mümkün sərt zərbə variantlarını nəzərdən keçirir və bu məqsədlə bölgəyə təyyarədaşıyan gəmi göndərə bilər. Məqalədə Donald Trampın etirazçıların öldürülməsi və repressiyalarla bağlı Tehrana ünvanladığı ultimatumdan sonra hərbi təzyiq ehtimalının artdığı qeyd olunur.

“Forbes”in dəyərləndirməsinə görə, bölgəyə göndərilməsi ən real hesab olunan gəmilər “USS Theodore Roosevelt” və “USS Abraham” Lincoln təyyarədaşıyanlarıdır.

Digər gəmilərin texniki və əməliyyat məhdudiyyətləri səbəbindən noyabr ayında San Dieqodan yola çıxmış USS Theodore Roosevelt əsas namizəd kimi göstərilir. Alternativ variant kimi isə əvvəllər rotasiya əsasında Yaxın Şərqdə yerləşdirilən USS Abraham Lincoln qeyd olunur.

Tramp əvvəlcədən xəbərdarlıq edib ki, İslam Respublikası qüvvələri etirazçıları öldürərsə, Amerika çox sərt cavab verəcək. Bu, ABŞ prezidentinin İranda baş verən kütləvi etirazlara reaksiyası olaraq etdiyi ikinci təhdiddir.

İranda etirazçılar isə Trampa çağırış edərək müdaxilə etməsini istəyirlər.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …