Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

ABŞ İranla əlaqəsi olan çox sayda quruma sanksiya tətbiq edib

GADTB: ABŞ Ticarət Nazirliyi İraq, Türkiyə,  BƏƏ və  Çindəki bir neçə şirkətin adını departamentin sanksiyaları altında olan qurumlar siyahısına əlavə edib.

ABŞ Xəzinədarlıq Departamentinin bəyanatında deyilir: “ABŞ prezidentinin maksimum təzyiq kampaniyası çərçivəsində Xəzinədarlıq Departamenti İranın kompleks enerji ixracı maşınının əsas hissələrini sökür.

Xəzinədarlıq Departamenti İranın mayeləşdirilmiş təbii qazında yüz milyonlarla dolların hərəkətində iştirak edən bir şəbəkəni, təxminən onlarla kölgə donanması gəmisini, Çindəki müstəqil neft terminallarını və “yarı kölgə donanmasını” hədəf alır.

Bu mexanizmlər İrana öz terror fəaliyyətini maliyyələşdirmək üçün gəlir əldə etməyə kömək edir”.

Həmçinin ABŞ Dövlət Departamenti İraqda İslam Respublikasının maliyyə şəbəkəsi ilə əlaqəsi olan şəxslərə və qurumlara, o cümlədən ölkənin Milli Olimpiya Komitəsinin rəhbərinə qarşı sanksiyalar tətbiq etdikdən sonra bəyan edib ki, İslam Respublikası “dünyada terrorizmin ən böyük sponsoru olan dövlətdir” və onu məsuliyyətə cəlb etmək üçün bütün vasitələrdən istifadə edəcək.

Bəyanatda deyilir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinə bağlı kommersiya bankına sahib olan və onu idarə edən iki iraqlı qardaş, Əli Muftən Hafib əl-Beydani və Əqil Muftən Hafib al-Baidaniyə qarşı sanksiyalar tətbiq edib.

Vaşinqtonun dediyinə görə, qardaşların yüksək rütbəli SEPAH kəşfiyyat rəsmiləri ilə yaxın əlaqələri var və İraqdakı SEPAH tərəfdarı olan milislərə maliyyə yardımı köçürüblər.

Əqil Muftən də İraq Milli Olimpiya Komitəsinin rəhbəri vəzifəsindən istifadə edərək bu korrupsiya əməlinə əl atıb.

Həmçinin yoxlayın

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …

G7:”İran husiləri silahlandırmağı və dəstəkləməyi dayandırmalıdır”

GADTB: G7 xarici işlər nazirləri bu gün İranı Yəmən husilərini silahlandırmağı və dəstəkləməyi dayandırmağa çağırıb …