Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

Qaradağ meşələrini molla rejimin mədənçilik fəaliyyəti məhv edir – Video

GADTB: Yayılan görüntülər bir ildən də az müddət ərzində Qaradağın meşələrinin və təbii ərazilərinin bir hissəsinin vəziyyətində ciddi dəyişiklik baş verdiyini göstərir. Görüntüləri yayımlayanların açıqlamalarında bu dəyişikliklər İranın Milli Mis Sənayesi Şirkəti ilə əlaqəli mədənçilik fəaliyyəti və aparılan əməliyyatlarla əlaqələndirilir.

Qaradağın meşəlik ərazilərində mədənçilik fəaliyyətinin davam etdirilməsi, səmərəli nəzarətin həyata keçirilmədiyi və ekoloji tələblərə əməl olunmadığı təqdirdə, bölgənin bitki örtüyünə və ekosisteminə ciddi və bərpası mümkün olmayan zərər vura bilər.

İran İslam Respublikasının Konstitusiyasının 50-ci maddəsində də ətraf mühitin qorunması ümumi vəzifə kimi müəyyən edilir və ətraf mühitin çirklənməsinə və ya bərpası mümkün olmayan şəkildə məhv edilməsinə səbəb olan iqtisadi və qeyri-iqtisadi fəaliyyətlər qadağan olunur.

Qaradağın qorunması yalnız ekoloji məsələ deyil. Bu, Azərbaycanın təbii sərvətlərinin və gələcək nəsillərə məxsus təbii irsin qorunması məsələsidir.

https://t.me/GADTB1/58860

Həmçinin yoxlayın

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib. Bəzi …

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …