Cümə , Sentyabr 18 2026
azfa

ABŞ Senatı üç Avropa ölkəsini İrana qarşı “tətik mexanizmini” işə salmağa çağırıb

GADTB: Reuters xəbər agentliyi avropalı diplomatlara istinadən xəbər verir ki, bir aylıq “snapback” mexanizmi prosesi cümə axşamı Avropa tərəfindən aktivləşdiriləcək.

Qərb İranın nüvə proqramının mülki ehtiyaclardan kənara çıxdığını deyir, Tehran isə nüvə silahı əldə etmək niyyətində olmadığını israr edir.

🇺🇳 BMT-nin bu prosesinə əsasən, İranın maliyyə, bank, neft-qaz və müdafiə sektorlarını əhatə edən sanksiyaların bərpası 30 gün çəkəcək.

Adının çəkilməsini istəməyən qərbli diplomat, “Əsl danışıqlar məktub (BMT Təhlükəsizlik Şurasına) təqdim edildikdən sonra başlayacaq” deyib.

Tehran sanksiyaların yenidən tətbiq olunacağı təqdirdə “sərt cavab verəcəyi” ilə bağlı xəbərdarlıq edib.

Eyni zamanda ABŞ dövlət katibi Fransa, Almaniya və İngiltərə XİN rəhbərləri ilə İranın nüvə problemi müzakirə edib.

ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, tərəflər Tehranın nüvə silahı hazırlamaq və əldə etməsinə mane olmaq üçün ortaq istəklərini bir daha təsdiqləyiblər.

Söhbətin bütün iştirakçıları regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün səylərin əlaqələndirilməsinə sadiq olduqlarını bildiriblər.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …