Çərşənbə axşamı , May 26 2026
azfa

ABŞ Suriyadakı kürd terrorçularına silah verilməsini dayandırmayıb

GADTB-nin Mətbuat Mərkəzinin “Apa” Xəbər Agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Robert Menninq açıqlama verib. Onun sözlərinə görə, ABŞ müdafiə nazirliyi  terrorçu kürd döyüşçülərdən ibarət “Suriya Demokratik Qüvvələri”ni silahlandırmaqda davam edir.

Robert Menninq deyib ki, Pentaqon hazırda kürd dəstələrinə hərbi dəstəyin göstərilməsində prioritetlərin dəyişməsi mümkünlüyünü nəzərdən keçirir. “Əsas odur ki, İŞİD silahlıları Suriya ərazisinə dönə bilməsin”.

Qeyd edək ki, noyabrın 24-də Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bildirmişdir ki, ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bundan sonra Suriyadakı kürd qruplaşmalarına silah verməyəcəklərini bəyan etmişdi.

Həmçinin yoxlayın

ABŞ İrana körfəzdə zərbələr endirdiyi bildirilir

GADTB: “Foks Nyus” kanalı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokinsə istinadən məlumat yayıb ki, …

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Bir cavab yazın