Cümə , Oktyabr 23 2026
azfa

ABŞ təyyarələri İrana bağlı terrorçu həşdişəbi qruplaşmasının daha 2 avtomobilini məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın paytaxtı Bağdadda İranın dəstəklədiyi terrorçu həşdişəbi qruplaşmasının komandanlarını daşıyan hərbi karvana hava zərbələri endirilib.

Əməliyyat zamanı 6 nəfər həlak olub. Onların kimliyi barədə məlumat verilmir. İraqın “Sumeriyə” televiziyasının məlumatına görə, həlak olan şəxslər terrorçu həşdişəbi qruplaşmasının nəzarətindəki yerli qruplaşmanın liderləridir.

Terrorçu həşdişəbi qruplaşması isə hücum zamanı komandanların hədəfə alınması barədə məlumatları təkzib edib. İddialara görə, avtomobil karvanındakı şəxslər həkimlər olub. Hücum ABŞ ordusu tərəfindən təşkil olunub.

Həmçinin yoxlayın

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Qrossi: Agentlik İranın nüvə fəaliyyətlərini yoxlamağa hazırdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İranın nüvə fəaliyyətlərinin …

Bir cavab yazın