Cümə axşamı , Oktyabr 1 2026
azfa

ABŞ terrorçu PKK-nın Suriya qoluna gizlicə zenit-raket kompleksləri verib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ gizli şəkildə PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-yə daşınan zenit-raket kompleksləri verib. Bu barədə “Al-Masdar” agentliyi məlumat yayıb.

ABŞ hərbçiləri zenit-raket komplekslərini keçən həftə terrorçu PYD/YPG-nin nəzarətində olan Afrin bölgəsinə çatdırıb. Zenit-raket komplekslərinin PYD/YPG-yə verilməsi ABŞ-ın rəhbərliyi ilə Suriya və İraqda İŞİD terror təşkilatına qarşı mübarizə məqsədilə yaradılan beynəlxalq koalisiya ilə əlaqəsi yoxdur. Bu silahlar ABŞ və terrorçu PYD/YPG arasında ikitərəfli razılaşma əsasında terror təşkilatına verilib. “Al-Masdar” agentliyinin məlumatında qeyd edilib ki, zenit-raket kompleksləri Türkiyə ordusunun “Fərat qalxanı” əməliyyatı zamanı İŞİD terrorçularından azad etdiyi ərazidəki suriyalı müxaliflərə qarşı istifadə edilmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Suriyada kürd terrorçularından ibarət PYD/YPG ordusu formalaşdırmaq, Suriyanın şimalındakı ərazidə terror təşkilatının hakimiyyəti ilə rəsmən diplomatik əlaqə yaratmaq niyyətində olması barədə məlumatlar yayılıb. Bununla əlaqədar bir həftə öncə ABŞ-ın Türkiyədəki müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmış və məsələyə aydınlıq gətirilməsi istənilmişdi. İki gün əvvəl ABŞ-ın Suriya və İraqda İŞİD-ə qarşı mübarizə məqsədilə qurulan koalisiya əsasını terrorçu PKK-nın Suriya qolu PYD/YPG-nin təşkil edəcəyi 30 minlik ordu quracağını bəyan edib. ABŞ-ın bu bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Türkiyə ordusunun Suriyada PYD/YPG-nin nəzarətində olan Afrin bölgəsində hərbi əməliyyat aparacağını açıqlamasından sonraya təsadüf edib. Dünən Türkiyə prezidenti ABŞ-ın Suriyada formalaşdırmaq istədiyi 30 minlik terrorçu ordunu məhv edəcəklərini bəyan edib.

Həmçinin yoxlayın

Abbas Lisaninin xəstəxanaya göndərilməsinə maneə yaradılır

GADTB: Yayılmış məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı fəal Abbas Lisani həbsinin 11-ci ayında hələ …

Həmədandan olan azərbaycanlı şair və yazıçı Məhəmməd Xəlili vəfat edib

GADTB: Şair, yazıçı, tərcüməçi və İran Yazıçılar Birliyinin üzvü Məhəmməd Xəlili  uzun sürən xəstəlikdən sonra …

Bir cavab yazın