Çərşənbə , İyun 10 2026
azfa

ABŞ və İran ilkin sülh sazişi bağlamağa yaxı olsa da, detallar qeyri-müəyyən olaraq qalır

GADTB: Tramp ABŞ və İranın saziş barədə “əsasən razılığa gəldiklərini” bəyan edib, baxmayaraq ki, Amerika və İran rəsmiləri onun şərtlərini fərqli şəkildə təsvir ediblər.

Tramp bir gün əvvəl iki ölkə arasında ilkin razılığın “böyük ölçüdə danışıqlar yolu ilə əldə olunduğunu” bildirdikdən sonra, öz müzakirəçilərinə “sazişin bağlanmasına tələsməmək” barədə göstəriş verdiyini deyib.

Nəşrin mənbəsindən əldə edilən məlumata görə, saziş hələ imzalanmayıb, saziş Prezident Tramp ilə İranın ali lideri tərəfindən yekun olaraq təsdiqlənəcək ki, bu da bir neçə gün çəkə bilər.

Bundan əlavə, İran tərəfindən yüksək dərəcədə zənginləşdirilmiş uranın utilizasiyası mexanizmi də müzakirə mərhələsindədir.

Mənbənin sözlərinə görə, saziş İranın raket arsenalı məsələsinə toxunmur və uranın zənginləşdirilməsinə moratorium qoyulmasını nəzərdə tutmur; bu məsələlər gələcək danışıqlar zamanı nəzərdən keçiriləcək.

Həmçinin yoxlayın

Vaşinqton İrana qarşı dəniz mühasirəsini gücləndirir

GADTB: Fox News tərəfindən yayımlanan görüntülərə əsasən, ABŞ İrana qarşı tətbiq etdiyi dəniz mühasirəsini davam …

İranın son hücumları zamanı ABŞ bazaları və qüvvələri zərər görməyib

GADTB: Adı açıqlanmayan bir ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, İranın raket və pilotsuz uçuş …