Cümə axşamı , Avqust 20 2026
azfa

ABŞ və İran arasında hazırlanmaqda olan sazişin təfərrüatları dərc edilib

GADTB: “The New York Times” ABŞ və İran arasında hazırlanmaqda olan sazişin təfərrüatlarını dərc edib.

Danışıqların təfərrüatlarını üç yüksək vəzifəli İsrail, bir İran və bir ABŞ rəsmisi təsdiqləyib.

Rəsmilərin məlumatına görə, Bayden administrasiyası gərginliyi azaltmaq və İran ilə hərbi qarşıdurmaa riskini azaltmaq üçün ABŞ-ın daha geniş səylərinin bir hissəsi olaraq Tehranın nüvə proqramını məhdudlaşdırmaq və həbsdə olan amerikalıkarı azad etmək üçün İranla sakitcə danışıqlar aparır.

ABŞ-ın məqsədi bəzi İran rəsmilərinin siyasi atəşkəs adlandırdıqları qeyri- rəsmi, yazılmamış razılaşmaya nail olmaqdır. Razılaşma İranın yüksək zənginləşdirilmiş uran ehtiyatı yaratmasının, Rusiyanı Ukraynada istifadə üçün pilotsuz təyyarələrlə təchiz etməsinin qarşısını almağı hədəfləyir .

İran yeni pakta əsasən uranı hazırkı istehsal səviyyəsinin 60% saflıgından artıq zənginləşdirməməyə razı olacaq.

İran həmçinin regiondakı qüvvələrinin Suriya və İraqdakı amerikalı podratçılara qarşı ölümcül hücumlarını dayandıracaq, beynəlxalq nüvə müfəttişləri ilə əməkdaşlığı genişləndirəcək və Rusiyaya ballistik raketlər satmaqdan çəkinəcək.

Bundan başqa İran üç iranlı-amerikalı məhbusun azad edilməsi müqabilinde istifadəsi humanitar məqsədlərlə məhdudlaşacaq milyardlarla dollarlıq aktivlərninin dondurulmasını gözləyir.

Həmçinin yoxlayın

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …

Yaşayış böhranının dərinləşməsi ilə ilin ikinci yarısında etirazların başlanması və genişlənməsi ehtimalı artır

QADTB: «Etemad» qəzeti iqtisadi və sosial təzyiqlərin artmasına diqqət çəkərək ilin ikinci yarısında etirazların baş …