Cümə , Noyabr 13 2026
azfa

ABŞ Venesuelaya hücuma keçdi- Video

GADTB: ABŞ Hərbi Hava Qüvvələri Venesuelanın paytaxtı Karakasa zərbələr endirib.

Venesuelanın paytaxtı Karakas üzərində hava hücumu ilə bağlı həyəcan siqnalları çalınır.

Məlumata görə, paytaxtda bir çox istiqamətdə partlayış səsləri eşidilir, şəhərdə elektrik enerjisi kəsilib.

Xarici KİV şəhərdə atışma səslərinin eşidildiyini yazır. ABŞ-ın Karakasda desant əməliyyatı həyata keçirdiyi bildirilir.

Venesuelada atəş səsləri eşidilməkdə davam edir.

Yerli mənbələr ABŞ Hərbi Hava Qüvvələrinin paytaxt Karakas və digər ərazilərdəki hərbi bazalara daha bir neçə zərbə endirdiyini bildirirlər.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri Venesuela müdafiə naziri Vladimir Padrino Lopezin evinə də zərbə endirib.

Karakas mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Venesuela üzərində hava məkanı tamamilə bağlanıb.

https://t.me/GADTB1/47613

Həmçinin yoxlayın

İran İslam Respublikası ilə müharibənin maliyyələşdirilməsinin dayandırılması ABŞ-ın Tehran qarşısında imkanlarını məhdudlaşdıracaq

GADTB: Amerikanın “The National Interest” nəşri xəbərdarlıq edib ki, demokratların İran İslam Respublikası ilə müharibənin …

Molla rejimi Qəşqay türklərinin Qəşqay vilayətinin yaradılması tələbinə məhəl qoymur

GADTB: Qəşqay türklərinin Qəşqay vilayətinin bərpası və ya yenidən yaradılması ilə bağlı uzun illərdir davam …