Cümə , Avqust 21 2026
azfa

ABŞ Zəngəzurun Gümrü bölgəsində yeni bioloji laboratoriya açır

GADTB: Ermənistandakı Amerika bioloji laboratoriyaları məsələsi həmişə peşəkar dairələrin diqqət mərkəzində olub. Xüsusilə, müxtəlif ekspertlər onların potensial təhlükəsindən narahat olduqlarını bildiriblər. Müvafiq strukturların nümayəndələri qeyd edirlər ki, söhbət Vaşinqtonun maliyyəsi ilə modernləşdirilmiş keçmiş sanitar-epidemioloji stansiyaların laboratoriyalarından gedir. Paşinyan isə əmin edir ki, onların modernləşdirilməsində ABŞ-ın maliyyə dəstəyinə baxmayaraq, laboratoriyalar Ermənistanın mülkiyyətidir.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Lakin bu, narahatlıqları azaltmır. İndi də müdafiə naziri Papikyanın ötən həftə Pentaqonla Ermənistanda 13-cü laboratoriyanın açılmasına dair müqavilə imzaladığı barədə məlumatlar yayılır. Üstəlik, müxtəlif mənbələrə görə, laboratoriya Gümrüdə, 102-ci Rusiya hərbi bazasının yaxınlığında yerləşəcək. Yeri gəlmişkən, Ermənistanda fəaliyyət göstərən laboratoriyalardan daha biri Gümrüdə, məktəbdən bir qədər aralıda yerləşir. Bioloji laboratoriyaların nə adlanmasından asılı olmayaraq, patogenlərlə işlədiyini, yəni bioloji faktorlu laboratoriyalar olduğunu nəzərə alan mütəxəssislər müxtəlif patogenlərin yaradılması, dəyişdirilməsi və ya yayılmasının mümkünlüyündən narahat olduqlarını bildirirlər. Bunun fonunda bir çox ekspert 2023-cü ildə Ermənistanda qızılca xəstəliyinin laboratoriya tərəfindən təsdiqlənmiş ümumi sayının 545-ə çatdığına diqqət çəkir. 2024-cü ildə isə 32 nəfərdə qızılcaya yoluxma halı təsdiqlənib, 16-sı xəstəxanaya yerləşdirilib. Səhiyyə mütəxəssisləri bu göstəricilərlə yanaşı, hətta mövsümi qrip və ya mədə-bağırsaq xəstəliklərinin insanlar üçün daha da ağırlaşmasından narahat olduqlarını vurğulayırlar. Bu halların nə dərəcədə sözügedən laboratoriyalara aid olduğunu söyləmək çətindir, lakin mütəxəssislər əhalinin məskunlaşdığı ərazilərdə müxtəlif eksperimentlərin aparılmasının mümkünlüyünü istisna etmirlər”, – məlumatda deyilir.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …