Cümə axşamı , Dekabr 26 2024
azfa

Afrində kürd terror təşkilatlarına verilmiş qrad raketlər aşkarlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Zeytun budağı” əməliyyatı çərçivəsində azad edilən Afrin şəhərində aparılan axtarış əməliyyatları nəticəsində 4 ədəd “Qrad” raketi tapılıb.  Bu barədə “Xəbər7” informasiya yayıb.

YPG-PKK terrorçularının “Qrad” raketlərindən Hatay və Kilisə endirilən zərbələr zamanı istifadə etdiyi müəyyən edilib.

Digər tərəfdən isə Türkiyə Silahlı Qüvvələrinin terrorçulardan azad etdiyi Afrin şəhər mərkəzində PKK-PYD terrorçularının qərargah olaraq istifadə etdiyi bina aşkarlanıb.

Binaya baxış keçirən türk ordusu zirzəmi hissəsində böyük bir mətbəə olduğunu müəyyən edib.

Binada PKK lideri Abdullah Öcalanın fotoları ilə yanaşı “Zeytun budağı” əməliyyatı çərçivəsində öldürülən bir çox terrorçu liderinin şəkilləri asılıb. Zirzəmi hissədə aşkar edilən mətbəədə məktəblilərə terror təbliğatının aparılması üçün istifadə edilən bir çox materialın aşkarlandığı bildirilib. Bundan əlavə binadakı otaqlardan birində terrorçuların hərbi formaları aşkar edilib. Hərbi formaların tapılması YPG terrorçularının türk ordusu Afrinə girmədən əvvəl geyimlərini dəyişərək ərazidən qaçdığı iddiasını təsdiq edib.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başladılıb.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın