Cümə axşamı , Dekabr 26 2024
azfa

Afrində Atatürkün qərargahı tapıldı – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Afrinin Racu bölgəsində Mustafa Kamal Atatürkün I Dünya müharibəsi illərində qərargah olaraq istifadə etdiyi ev tapılıb.

Axar.az xəbər verir ki, bu barədə Hatay Universiteti Tarix fakültəsinin professoru Süleyman Hatipoğlu danışıb.

Məlumata görə, 1918-ci ildə Fələstində Yeddinci Ordu komandiri vəzifəsini icra edən Atatürk həmin ilin oktyabr ayında əvvəlcə Hələbə, daha sonra isə Afrin mahalına gəlib. Tabeliyindəki ordu ilə Racudakı dəmiryolu stansiyasında möhkəmlənən Atatürk buradakı kürd və ərəblərdən müqavimət şəbəkəsi təşkil edərək, ordu birləşmələrinə dəstək verən bir milis qüvvəsi formalaşdırıb.

İsgəndərun və Reyhanlı, Qırıqxan, Belen, Dər əl-Camal və Tel-Rıfat boyu uzanan xətti Atatürk qoruyub. Cənubdan Afrin istiqamətində irəliləyən ingilis ordusu 26 oktyabr 1918-ci ildə Katmada Yeddinci Ordu ilə qarşı-qarşıya gəlib. Atatürkün rəhbərliyi ilə Osmanlı ordusu və yerli qüvvələr Katmada ingilislər üzərində qələbə qazanıb.

 

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın