Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Rejim çürüyüb dağılmaqda: elektrik enerjisi kəsintisi ölkəni bürüdü

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimi çürüdüyü üçün artıq hər sahədə olduğu kimi elektrik enerjisində də qıtlıq və kütləvi kəsintilər ölkəni bürüyüb.

Rejimin müstəmləkə etdiyi Güney Azərbaycan şəhərlərində də geniş miqyaslı elektrik kəsintisi müşahidə olunub. Bu isə haqlı olaraq Azərbaycan türklərinin kəskin etirazına səbəb olub.

Bölgədə havalar istiləşdikdən sonra İran Energetika Nazirliyi Azərbaycan şəhərlərinə qrafiklə  elektrik verməyə başlayıb, Təbriz, Urmiya, Qoşaçay, Ərdəbil və s. şəhərlərdə əvvəldən xəbər verilmədən elektrik enerjisi kəsilib.

İsti havalarda elektrik enerjisinin verilməməsi Azərbaycan türklərinin kəskin etirazına səbəb olub. Elektrik enerjisinin verilməsində fasilə yaranması əhalinin gündəlik həyatını iflic etməklə yanaşı onlara çoxlu maddi ziyan da vurub.

Təkcə Güney Azərbaycan deyil, ümumiyyətlə irqçi fars rejimin idarəçilik sistemi çürüdüyü üçün digər şəhərlər və hətta fars şəhərlərində də qrafiklə elektrik enerjisində kəsintilər tətbiq edilir. Bu da əhalinin haqlı olaraq ciddi etirazına səbəb olub.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …

Bir cavab yazın