Cümə , Sentyabr 25 2026
azfa

Amerika İranın İraq və Suriyadakı dəstəklədiyi terrorçuların bazasına hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika İranın İraq və Suriyadakı dəstəklədiyi terrorçuların bazasına hücum etdi. Bu, Bayden hökumətinin hakimiyyətə gəlməsindən bəri İranın dəstəklədiyi terrorçun qrupların mənafeyinə edilən ikinci hücumdur.

“Azad İran” Teleqram kanalının verdiyi məlumata görə, Amerikanın Müdafiə Nazirliyi bazar ertəsi günü səhər saatlarda İraqda və Suriyada İranın dəstəklədiyi yaraqlıların bazalarına növbəti hücumun həyata keçirildiyi barədə xəbər verib. Hücumun səbəbinin “insansız uçaqların Amerikanın Əraqdakı təsislərinə və personalına endirdiyi zərbələrə cavab” olduğu bildirilib.

Bu, Bayden hökumətinin hakimiyyətə gəlişindən bəri ikinci belə hücumdur. Amerikanın döyüş təyyarələri bu ilin mart ayında da Suriyanın şərqindəki Deyr əz-Zor və Əbu Kamal vilayətlərində İrana bağlı yaraqlılarla əlaqəli hədəflərə hücum edib.

Son aylarda Amerikanın İraqdakı mənafeyinə qarşı raket və dron hücumları davam edir. Hücumların İranın dəstəklədiyi silahlı qrupların işi olduğu deyilir.

Həmçinin yoxlayın

Netanyahu: “İran hakimiyyəti öz xalqından qorxur”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Şot bölgəsinin Xələc kəndində məktəbin yenidən tikintisi üç ildir başa çatmır

GADTB: Şot bölgəsinin Xələc kəndində məktəb binasının sökülməsindən təxminən üç il keçməsinə baxmayaraq, yenidənqurma işləri …