Cümə , Sentyabr 25 2026
azfa

Ana dilinə görə həbs edilən Tohid Əmir Əmini 22 aydan sonra məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Dünya Ana Dili Günü” münasibətilə broşuralar payladığına görə irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Tohid Əmir Əmini 22 ay həbsdən sonra 350 milyon tümən girov qarşılığında dünən məzuniyyətə buraxılıb.

Qeyd edək ki, azərbaycanlı siyasi məhbus 2019-cu il fevralın 20-də Kiyanuş Aslani ilə birlikdə Tehranın İnqilab meydanında “Dünya Ana Dili Günü” münasibətilə broşuralar payladığı üçün həbs edilmişdi.

Azərbaycanlı fəallar həmin təbrikə görə şərlənərək “Milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “Sistemin əleyhinə təbliğat aparma”da ittiham olunmuşlar. Tohid Əmir Əmini birinci ittihama görə 7.5 il, ikinci ittihama görə isə 1.5 il azadlıqdan məhrum edilib. Kiyanuş Aslani isə birinci ittihama görə 5 il həbs cəzasına məhkum olunub, o ikinci ittihamdan bəraət qazanıb. Beləliklə, Tohid Əmir Əmini 9 il, Kiyanuş Aslani isə 5 il və toplam olaraq 14 il həbs cəzasına məhkum edilmişdilər.

Həbsdən əlavə, hökmə əsasən Kiyanuş Aslaninin ictimai hüquqlarına məhdudiyyət qoyulub, o iki il müddətinə heç bir qrupa üzv ola bilməz.

Hakim İman Əfşar hökmü açıqlayarkən Kiyanuş Aslaniyə xitabən gülərək bildirib ki, “sizin barənizdə belə bir hökmün çıxarılacağını özüm də düşünməmişdim.”

Azərbaycanlı fəal mühəndis Kiyanuş Aslani Tehran Azad Universitetində inşaat mühəndisliyi üzrə magistr pilləsində təhsil alır. Tohid Əmir Əmini isə Güney Azərbaycanda xüsusi aktivliyi ilə seçilən milli-mədəni fəallardandır.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Bir cavab yazın