admin

ABŞ Türkiyənin adının yazılışını Türkiyenin istəyinə görə dəyişdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ rəsmi sənədlərdə Türkiyə adının yazılışını dəyişib. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Belə ki, Dövlət Departamenti yeni rəsmi sənədlərdə Türkiyənin “Turkey” deyil, “Turkiye” yazılması barədə göstəriş verib. Qeyd edək ki, bu addım Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun yanvarın sonuna Vaşinqtona …

Ətraflı oxu »

İran mollaları ermənilərin qəbirlərini ziyarət ediblər

GADTB: İranda yaşayan ermənilərin rəsmi mətbu orqanlarından olan “alikonline” saytının xəbərinə görə, Yeni ilin başlanması münasibəti ilə isfahanlı ruhanilər və elmi-dini hövzələrin rəhbərləri, xristian keşişlər, İsfahan və İranın cənubundakı Erməni Yeparxiyasının üzvləri və İsfahan Zərdüşt Cəmiyyətinin nümayəndələri İran-İraq müharibəsində öldürülən ermənilərin məzarlarını ziyarət ediblər. Mərasimə qatılan müsəlman din xadimlərindən biri …

Ətraflı oxu »

Azərbaycanlı rejissorun “Adım” filmi beynəlxalq mükafata layiq görülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Adım”  filmi beynəlxalq mükafata layiq görülüb. Azərbaycanlı rejissor “Adım” adlı film çəkərək “türk adlarının qoyulmasına tədbiq edilən qadağa” məsələsini işıqlandırıb. Həmin əsər “Flatness Film Awards” kinofestivalında ən yaxşı qısametrajlı sənədli film mükafatına layiq görülüb. Filmdə üç azərbaycanlı ailənin …

Ətraflı oxu »

BMT İranı repressiyalara görə qınadı

GADTB: Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali komisarı Volker Türk Əfqanıstan və İranda qadınların hüquqlarını sistemli şəkildə pozmaq səylərindən dəhşətə gəldiyini və bu cür antifeminist addımların uğursuzluğa düçar olacağını deyib. O, məsələni bir başa hökumət rəsmiləri ilə müzakirə etmək üçün İrana səfər etməyi planlaşdırdığını, amma onun bu istəyinə Tehrandan …

Ətraflı oxu »

Azərbaycanlı öyrənci fəalı Nazənin Kiyanbəxt zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdən olan azərbaycanlı öyrənci fəalı Nazənin Kiyanbəxt zaminə buraxılıb. Təbriz İncəsənət Universitetinin “Qrafika” fakültəsinin tələbəsi Nazənin Kianbəxt müvəqqəti olaraq məhkəməyə qədər Təbrizdə rejimin mərkəzi zindanından girov qarşılığında zaminə buraxılıb. Məhkəmə tələbə hərəkatına qarşı irəli sürülən ittihamlar barədə açıqlama verməkdən imtina edir. Qeyd edək …

Ətraflı oxu »

Azərbaycanlı milli fəal İbrahim Mühacir girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə yaşayan azəerbaycanlı milli-mədəni fəal İbrahim Mühacir yanvarın 5-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılıb. Bir həftə həbsdə olan İbrahim Mühacir 500 milyon rial girov qoymaqla Təbrizdə rejimin Mərkəzi zindanından müvəqqəti olaraq sərbəst buraxılıb. Qeyd edək ki, İbrahim Mühacir Təbrizin Vadi …

Ətraflı oxu »

Laçın yolunda azərbaycanlıların etiraz aksiyası 26 gündür davam edir

GADTB: Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi altı gündür davam edir. Dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Aksiya iştirakçıları gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar. …

Ətraflı oxu »

Molla rejimi onlarla jurnalisti həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi etiraz aksiyaları boyunca minlərlə dinc etirazçını həbs, yüzlərlə dinc etirazçını qətlə yetirməklə yanaşı, həmçinin çox sayda jurnalisti də həbs edib. Bununla bağlı insan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda davam edən 110 günlük etiraz aksiyaları zamanı 73 jurnalist molla rejimi …

Ətraflı oxu »

Molla rejimiTehranda separatçı Əlikram Hümbətova anım mərasimi keçirəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda molla rejiminin himayəsi ilə separatçı Əlikram Hümbətova anım mərasimi keçiriləcək. Keçən həftə Almaniyada dünyasını dəyişən bu şəxs 90-cı illərdə Rusiya və İranın köməyi ilə Azərbaycanı parçalamağa və qondarma “Talış Muğan Respublikası” yaratmağa cəhd etmiş və Azərbaycan rəhbərliyinin vaxtında gördüyü tədbirlər nəticəsində qarşısı …

Ətraflı oxu »

İranın terror təşkilatı olan Sepah-nın generalı Azərbaycanı hədələdi

GADTB: Sepah-ın Qüds qanadının keçmiş komandanı Qasım Süleymaninin öldürülməsinin üçüncü ildönümü münasibətilə yanvarın 3-də İranın Astara şəhərində keçirilən tədbirdə çıxış edən İslam İnqilabının Keşikçilər Korpusunun ikinci briqada generalı Əlirza Tənhayi Azərbaycana qarşı təhdid dolu açıqlama verib. O, Azərbaycan rəsmilərinin bir sıra addımlarına və açıqlamalarına toxunaraq iddia edib: “Azərbaycan Ukrayna və …

Ətraflı oxu »