admin

İrqçi fars rejimin məmurları Salar Əfşarın ata evinə hücum edib onun kitabları və əşyalarını zəbt etdilər

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimin məmurları Salar Tahiri Əfşarın ata evinə hücum edib, ailə üzvlərini qorxutmuş və əllərində evdə axtarışa dair məhkəmə hökmü olmadan axtarış aparmış və fəalın kitabları, eləcə də əşyalarını, o cümldən mobil telefonunu zəbt etdilər.

Ətraflı oxu »

Rusiya ilə İran öz mənafeyi üçün Azərbaycandan istifadə edirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya və İran öz mənafeyi üçün, xüsusilə hər iki ölkənin beynəlxalq sanksiyalara davam gətirmək üçün bir sıra layihələr həyata keçirirlər. Həmin layihələr sırasına elektrik enerjisi körpüsü və Şimal-Cənub Nəqliyyat Dəhlizi də daxildir. Bu layihələr isə Azərbaycanın strateji mövqeyi ilə bağlı olaraq bu ölkədən …

Ətraflı oxu »

Diktatorların himayəçisi Rusiya türk yurdu Krımın işğalını ABŞ-a tanıtmaq istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, diktatorların himayəçisi Rusiya türk yurdu Krımın işğalını ABŞ-a qəbul etdirmək üçün dəridən qabıqdan çıxır. Kreml sözçüsü Dmitri Peskov üstüörtülü şəkildə bu barədə deyib: ABŞ Prezidenti Donald Trmp Vaşinqtonun Krım məsələsindəki mövqeyini dəyişdirəcəyi istiqamətində gözləntilərə təmkinli yanaşır.

Ətraflı oxu »

Təbrizdə 400 min insan təhlükə altındadır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, qeyri-farslara, konkret olaraq güneylilərə qarşı ayrı-seçkilik siyasətinin yürüdülməsi danılmaz bir gerçəkdir. Bu gerçəyi danmaq istəyənlər Təbrizə gələndə “Təbriz “zəngin” və “inkişaf etmiş” şəhərdir” deməklə, əslində, bu şəhərin türklər üçün yoxluğunu vurğulayırlar.

Ətraflı oxu »