Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Təbrizdə 400 min insan təhlükə altındadır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, qeyri-farslara, konkret olaraq güneylilərə qarşı ayrı-seçkilik siyasətinin yürüdülməsi danılmaz bir gerçəkdir. Bu gerçəyi danmaq istəyənlər Təbrizə gələndə “Təbriz “zəngin” və “inkişaf etmiş” şəhərdir” deməklə, əslində, bu şəhərin türklər üçün yoxluğunu vurğulayırlar.

Kult.az xəbər verir ki, bu sözləri güneyli yazar və araşdırmaçı İbrahim Rəşidi İran hökumətinin Təbrizə lazımı qədər diqqət göstərməməsi haqda danışarkən deyib. O, Təbrizdə 400 min sakinin həyatının təhlükə altında olduğunu bildirib:

“İndi şişib yoğunlaşan fars şəhərləri hələ kiçik kənd olduqları illərdə belə Təbriz ehtişamlı və zəngin bir şəhər idi. Amma bu şəhərin 400 min insanı hazırda çürük və qəzalı vəziyyətdə olan evlərdə yaşayır. Bir neçə saniyəlik zəlzələ “Azərbaycan başdı, Təbriz qaşdı” kimi mübaliğələri yox edə bilər. Bəlkə, belə layihələrə pulları yoxdur? Nəinki böyük məbləğdə pullar, hətta çox kiçik imkanlar da bu şəhər və xalqa verilmir. 15 ildən çoxdur ki, iyirmi kilometrlik Təbriz-Səhənd yolunun tikintisi yarımçıq qalıb. Bu yol salınsa, Səhəndin yüz minə yaxın əhalisi bir neçə kilometrlik tıxaclı yolda 45 dəqiqə yubanmaq yerinə, sadəcə, on dəqiqəyə, vaxt itirmədən ünvanlarına çata bilərlər. Milli Təbriz siyasəti yoxdur, yaxşı, bəs xalqı bu qədər kiçik imkanlardan məhrum etməklə hansı siyasəti yürüdürlər?”

 

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın