admin

Urmiyanın Sənaye Universitetində “Urmu tarix sürəcində” adı ilə fotosərgi keçirildi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyanın Sənaye Universitetində Qacar-türk imperatorluğu dövrünə aid 50 şəkildən ibarət “Urmu tarix sürəcində” adı ilə fotosərgi keçirildi. Şəkillər Qacar-türk imperatorluğu dövründə Urmiyada çəkilmişdir. Sərgi Şəms Mərkəzi tərəfindən keçirilib.

Ətraflı oxu »

İrqçi fars rejimin televiziya kanalı Şərhriyarın büstünün dağıdılmasını yalan iddialarla əsaslandırmağa çalışıb

Aprel ayının 17-də irqçi fars rejimin Şəbəkə-2 televiziya kanalı Şərhriyarın büstünün dağıdılmasını yalan iddialarla əsaslandırmağa çalışıb. Kanal Muğanın Parsabad şəhərinin şəhərşurasının üzvünün dilindən iddia edib ki, guya şəhriyarın büstünü daha yaxşı yerdə quraşdırılmaq üçün dağıdıblar.

Ətraflı oxu »

İrəvanda etirazlar davam edir, tanklar yeridilir – Canlı

GADTB-nin Mətbuat Mərkəzinin Axar.az-a istinadən yaydığı məlumata görə, İrəvanın Respublika meydanında yenidən etiraz aksiyalarına start verilib. xəbər verir ki, etirazçılarla bərabər hökumət binasının ətrafına külli miqdarda polis yığılıb. Etirazın ilk dəqiqələrindən etibarən polis həbslərə başlayıb. İrəvanda etirazların lideri olan Nikol Paşinyan səhər tezdən Ermənistan hökumətinin binasının yerləşdiyi Respublika meydanına gəlib. …

Ətraflı oxu »

İşğalçı Ermənistanda müxalifət “məxməri inqilab” komitəsi yaratdı

GADTB-nin Mətbuat Mərkəzinin AZƏRTAC-a istinadən yaydığı məlumata görə, Ermənistan parlamentinin deputatı, müxalif “Vətəndaş dialoqu” partiyasının lideri, sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz hərəkatına başçılıq edən Nikol Paşinyan “məxməri inqilab” komitəsinin yaradıldığını elan edib.

Ətraflı oxu »

İrqçi fars rejimin məclisində müxtəlif vilayətlərin millət vəkilləri türkcə danışırlar-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məclisində də müxtəlif vilayətlərdən olan millət vəkillərinin əksəri bir-biri ilə türkcə danışırlar. Elə təkcə bu məsələdən də İran adlanan ərazinin əhalisinin əksərinin türk olduğunu müşahidə etmək olar. Əslində isə bu ölkə türk ölkəsidir və yalnız fars irqçiləri tərəfindən işğal edilib.

Ətraflı oxu »

Sistan-Bəlucistan vilayətində müxalif bəluclarla qarşıdurmada ölən və yaralananlar var

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin qüvvələri ilə Sistan-Bəlucistandan olan müxaliflər arasında Pakistan sərhədinə yaxın Mircavə şəhərinin Rig Mələk sərhəd bölgəsinə baş vermiş silahlı qarşıdurmada irqçi fars rejimin 4 sərhədçisi həlak olub, 3 nəfəri isə yaralanıb.

Ətraflı oxu »