Çərşənbə , İyul 29 2026
azfa

Avropa İttifaqı Hörmüz boğazının bağlanmasına görə İrana qarşı sanksiyalar tətbiq etdi

GADTB: Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bazar ertəsi bildirib ki, İran İslam Respublikasının dəniz nəqliyyatının sərbəst hərəkətinə mane olması səbəbilə bir sıra İran vətəndaşları və qurumlarına qarşı sanksiyalar tətbiq olunub.

Kaya Kallas bu açıqlamanı Avropa İttifaqına üzv ölkələrin müdafiə nazirlərinin Kipr Respublikasında keçirilən toplantısı çərçivəsində jurnalistlərə verib.

Hələlik bu sanksiyaların əhatə dairəsi və hansı şəxslər və qurumlara şamil edildiyi barədə ətraflı məlumat açıqlanmayıb.

Məlumatlara görə, İran İslam Respublikası İsrail və Amerika Birləşmiş Ştatlarının 1404-cü ilin 9 esfənd tarixində həyata keçirdiyi hücumlardan sonra Hörmüz boğazını bağlayıb və hazırda bu beynəlxalq dəniz yolundan keçən gəmilərdən rüsum tələb edir.

Bu qərar beynəlxalq səviyyədə geniş narazılıq və reaksiyalara səbəb olub.

Həmçinin yoxlayın

Urmiya gölünün səviyyəsi 27 santimetr enib; yay buxarlanması Azərbaycanın mavi incisini təhdid edir

GADTB: Yay mövsümündə buxarlanmanın artması və su ehtiyatlarının azalması nəticəsində Urmiya gölündə suyun səviyyəsi təxminən …

Molla rejimi Avropa gəmilərini qanuni hədəf elan etdi

GADTB: İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Hörmüz boğazına yaxınlaşacaq Avropa gəmiləri …