Cümə axşamı , İyun 25 2026
azfa

Avropa İttifaqı Hörmüz boğazının minalardan təmizlənməsində dəniz missiyasını həyata keçirməyə hazır olduğunu deyir

GADTB: Avropa İttifaqı “Aspides” hərbi-dəniz missiyasını Qırmızı dənizdən Hörmüz boğazına istiqamətləndirməli və buranı minalardan təmizləməlidir.

 Bu barədə “Reuters” agentliyi Aİ Şurasının qətnamə layihəsinə istinadən məlumat yayıb.

Sənəddə qeyd olunur: “Şərait imkan verdikdə, Aİ-nin ‘Aspides’ dəniz missiyasına Hörmüz boğazının minalardan təmizlənməsində prioritet rol veriləcək və bu, Aİ-nin İngiltərə-Fransa koalisiyasının səylərinə töhfəsi olacaq”.

Sənəd iyunun ortalarında Brüsseldə keçiriləcək görüşdə Aİ xarici işlər nazirlərinin müzakirəsinə təqdim olunacaq.

 Vurğulanır ki, bu, “Aspides” missiyasının Hörmüz boğazına köçürülməsi ilə bağlı ilk hüquqi təklifdir.

Həmçinin yoxlayın

Türkiyə iyul ayında NATO liderlərinin sammitinə ev sahibliyi edəcək

GADTB: NATOnın 36-cı liderlər sammiti 7–8 iyul tarixlərində Türkiyəndə keçiriləcək. Sammitdə NATO-ya üzv olan 32 …

SEPAH bildirir ki, Oman tərəfindən təklif olunan marşrut qəbuledilməz və təhlükəlidir

GADTB: İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidi yalnız İranın …