Cümə axşamı , Mart 23 2023
azfa

Avropa Xəzərdən Türküstana qaz kəməri xətti təklif edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa Birliyinin nümayəndələri Türkmənistan nümayəndə heyəti ilə Brüsseldə görüşüblər.

Tərəflər arasında görüş barədə məlumat Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun rəhbərliyi ilə keçirilən iclasda səsləndirilib. Prezident görüşdə AB nümayəndələrinin Xəzərdən qaz kəmərinin tikintisi üçün investisiya cəlbinə hazır olduqlarını açıqladıqlarını söyləyib.

O, bu layihənin reallaşması üçün layihədə iştirak edən tərəflərin və Xəzər konvensiyasında göstərilən ekoloji ekspertizanın razılığının gərək olduğunu bildirib. Berdiməhəmmədov bu kəmər vasitəsilə Avropa bazarına 30 il ərzində illik 30 milyard kub metr qazın çıxarılmasının planlaşdırıldığını deyib.

Həmçinin yoxlayın

Güney Azərbaycanda Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda azərbaycanlı vəkil və hüquqşünaslar tərəfindən Azərbaycan …

Ərdəbil kəndlərində bayram münasibətilə uşaqlara türk dilində kitablar paylanıldı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə azərbaycanlı  sənətçi və yazıçı Hüseyn Həsənnəjad anası …

Bir cavab yazın