Çərşənbə , Oktyabr 14 2026
azfa

Avropadan ABŞ-a xəbərdarlıq: “İran nüvə danışıqlarını bilərəkdən gecikdirir”

GADTB: Üç Avropa ölkəsinin yüksək vəzifəli rəsmiləri Donald Tramp hökumətinə xəbərdarlıq ediblər ki, İran sonda razılıq əldə olunmayacağı halda əlavə sanksiyaların tətbiqinin qarşısını almaq üçün yeni nüvə sazişi üzrə danışıqları qəsdən gecikdirir.

Məlumata görə, avropalılar Tehrana açıq şəkildə bildiriblər ki, avqusta qədər ciddi razılaşma əldə olunmasa, “tətik mexanizmi” işə düşəcək.

Eyni zamanda, ABŞ rəsmisi də Omanda Uitkofla Abbas Əraqçı arasında keçirilən son danışıqlardan sonra müzakirələrin konstruktiv olduğunu, ancaq fikir ayrılıqlarının hələ də qaldığını bildirib. O, hər iki tərəfin yaxın vaxtlarda yenidən görüşmək barədə razılığa gəldiyini vurğulayıb.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …