Çərşənbə , Mart 12 2025
azfa

Avstraliya-Azərbaycan Assosiasiyası və GADTB Sidneydə möhtəşəm Türk Festivalına qatılıb-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün noyabr ayının 8-də Sidneydə Türk Festivalı keçirilir.

Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyinin qadın departamentinin sədri Sara xanım Azərsun da böyük bir pavilyonla həmin festivala qatılıblar.

Festival şəhərin mərkəzində təşkil edilib. Festivala Türkiyə, Tatarıstan , uyğurlar, Azərbaycan, Quzey Qıbrıs Türk Cumhuriyyəti, Macarıstan və aborigenlər qatılıblar.

Türkiyənin Sidneydəki baş konsulu da Avstraliya-Azərbaycan Assosiasiyası və GADTB-nin pavilyonuna baş çəkmişdir.

Festivalda Melborndan dəvət edilmiş Azərbaycan musiqi qrupu da musiqi ifa edib.

Festivaldan video və şəkilləri təqdim edirik:

https://www.youtube.com/shorts/RrrK6tPd6qE

https://www.youtube.com/shorts/zyiiAIvIFJY

Həmçinin yoxlayın

Azərbaycanın müxtəlif şəhərlərində telekommunikasiya təqaüdçüləri yenidən aksiya keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün, çərşənbə axşamı telekommunikasiya təqaüdçüləri yenidən Azərbaycanın …

NATO Avropa Birliyinin təhlükəsizliyinin Türkiyədən asılığı olduğuna etiraf etdi

GADTB: NATO ABŞ Prezidenti Donald Trampın müttəfiqlərinə qarşı siyasəti və Avropa ölkələri üçün təhlükəsizlik zəmanətlərini …