Bazar , Noyabr 29 2026
azfa

Güney Azərbaycanda molla rejiminin seçki oyunu və ayrı-seçkilik siyasətinə etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Güney Azərbaycan şəhərlərində molla rejimin seçki oyunu və ayrı-seçkilik siyasətinə etiraz olaraq çox sayda posterlər çap edərək, ictimai yerlərdə yayıblar.

Azərbaycanlı fəallar səsvermədə hər bir verilən səsin xalqa qənim kəsiləcəyini bildirən şüarlar yazıblar. Paylanılan vərəqələrdə yazılıb: “Seçkiyə qatılmaq Azərbaycan millətinə olan zülmə göz yummaqdır! – Qaraqışlaq!”

Qeyd edək ki, azərbaycanlı fəalların fikrincə, İranda mərkəzi hökumətin qeyri-fars millətlərə, xüsusən də Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti və siyasi, iqtisadi, sosial və mədəni vəhşilikləri nəinki uzun illərdir davam edir, əksinə, gündən-günə artmaqdadır. Bu haqlı olaraq Azərbaycan Türk Millətinin etirazına səbəb olur.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …