Cümə , Oktyabr 16 2026
azfa

Axios: Kuşner və Vitkofun təyyarədaşıyan gəmini ziyarət etməsi İrana mesajdır

GADTB: ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper və Prezidentin kürəkəni Cared Kuşner Ərəb dənizindəki “USS Abraam Linkoln” təyyarədaşıyan gəmisində olublar.

Bu barədə Uitkoff X hesabında məlumat paylaşıb.

Məlumata görə, rəsmilər gəmi heyəti ilə görüş keçiriblər, həmçinin İran PUA-sını vuran pilotla söhbət ediblər.

Axios isə yazır ki, Kuşner və Vitkofun  təyyarədaşıyan gəmini ziyarət etməsi İrana mesajdır.

Qeyd edək ki, ABŞ hərbçiləri fevralın 3-də Ərəbistan dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus aviadaşıyıcıya yaxınlaşan İran PUA-sını məhv edib.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …