Cümə , Aprel 26 2024
azfa

Aylar mübarizə nəticə verdi; Ayıl adına şəxsiyyət vəsiqəsi verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda uşağına seçdiyi türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilməyən Colani ailəsi 9 ay israr və etirazdan sonra nəhayət “Ayıl” adına şəxsiyyət vəsiqəsi almağı bacarıb.

Colani ailəsinin qızına seçdiyi Ayıl adı ilə şəxsiyyət vəsiqəsi almaq üçün verdiyi mücadilə bir neçə ay idi Güney Azərbaycan mediası, habelə sosial şəbəkələrin gündəmində idi.

Ayılın atası sənətkar Səccad Colani keçən yanvar ayında Türkiyənin Anadolu agentliyinə verdiyi müsahibədə bunun “sadəcə ad məsələsi deyil, kimlik və haqq məsələsi” olduğunu ifadə etmişdi.

Colani həmin müsahibədə deyir, “qeydiyyat idarəsində mənə dedilər ki, Ayıl adı bizim siyahımızda yoxdur və yalnız siyahıda olan adlardan birini seçməlisiniz. Mən nə edə biləcəyimi soruşdum. Dedilər ki, Tehranda 3 fars ədəbiyyatı eksperti bu haqda qərar verə bilər. Onlar da Ayıl adını seçməyə mane oldular. İranda şəxsiyyət vəsiqəsi yoxdursa, uşaq heç bir sosial xidmətdən faydalana bilmir. Uşağımızın bir xəstəliyi var və üç dəfə əməliyyat olub. Şəxsiyyət vəsiqəsi olmadığı üçün biz bunların xərcini ödəmək üçün sığortadan yararlana bilməmişik.”

Səccad Colani Ayıl adının “zülmə qarşı oyanmaq və ayılmaq anlamına gəldiyini və yaşadıqları duruma tam uyğun” bir ad olduğunu önə çəkmişdi.

Keçən aylarda mədəni fəallar Ərdəbil şəhərinin divarlarında Colani ailəsi və uşaqlarına seçdikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilməyən digər ailələrə dəstək şüarları yazmışdılar.

Qeyd edək ki, Güney Azərbaycan və Tehranda aylar və hətta illərdir uşaqlarına seçdikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilməyən bir çox ailə səsini sosial media vasitəsilə eşitdirməyə çalışır. İrqçi fars rejimin azərbaycanlı körpələrə öz dillərində ad qoyulmasına icazə verməməsi isə rejimin Azərbaycan türk millətini bir millət kimi assimilyasiyaya uğradıb məhv etmək məqsədilə bağlıdır.

Həmçinin yoxlayın

Ermənilər Azərbaycanla sərhəddə döyüş mövqelərini sökməyə başladılar

GADTB: Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndi istiqamətindəki mövqeləri sökülür. Bu barədə …

Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzaiyə hələ də məzuniyyətdən məhrumdurlar

GADTB: Azərbaycan Milli Hərəkatının məhbus fəalları Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzai …