Bazar ertəsi , May 25 2026
azfa

Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi

GADTB: Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Arkan İnnovations LLC” şirkəti üç yeni kamikadze dron istehsal edib.

2026-cı il istehsalı olan kamikadze dronlar hazırda İstanbulda keçirilən V “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində ictimaiyyətə təqdim olunub.

“Arkan-10”, “Arkan -10 FO” və “Arkan- 10 FT” adlanan yeni nəsil dronlar müasir texnologiyalar əsasında hazırlanıb və həm kəşfiyyat, həm də zərbə imkanlarına malikdir. Xüsusilə “Arkan -10 FO” fiber-optik olduğundan radarlara düşmək ehtimalı çox azdır.

Bildirilib ki, sözügedən pilotsuz uçuş aparatlarında (PUA) süni intellekt elementləri, təkmilləşdirilmiş avtonom idarəetmə sistemi və daha uzun uçuş müddəti təmin edilib.

Yeni modellərin əsas xüsusiyyətləri arasında aşağı radar görünürlüğü, yüksək manevr qabiliyyəti və müxtəlif silah sistemləri ilə inteqrasiya imkanı xüsusi qeyd olunur. Bu dronlar müasir döyüş şəraitində effektiv istifadə üçün nəzərdə tutulub.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …